İDRİS BABAYEV Şeirləri… -VİDEO
BİLMƏDİM
Qəlbim məskən oldu aha,
Dözdü ürəyim, ölmədim.
”Kələk” gəldilər Allaha,
Mən azad ola bilmədim.
…
Başda qapaz, qolda qandal,
Uzun dilim olubdu lal.
Dinəndə düşür qalmaqal,
Mən azad ola bilmədim.
….
Yada torpaq verə-verə,
Xeyir təslim oldu şərə,
Az qalır çatim məhşərə.
Mən azad ola bilmədim.
DÜNYADA.
Nə var ucuzlaşdı, hətta ölüm də,
Sevinci hər şeydən baha dünyada.
Tükəndi sinəmdə təbim, sözüm də,
Həvəsim yox qalam, daha dünyada.
…..
Utanmır üzümə yalan deyənlər,
Artıbdı hər yerdə haram yeyənlər,
Hörmətli sayılır yetim döyənlər,
Kimsə yox bu zülmə baxa dünyada.
……
Sol yerin dəyişib durubdu sağda,
Əyrisi başdadı, düzü ayaqda,
Ləkə axtarırlar qardaş, düm ağda,
Baxan yox naləyə, aha dünyada.
…..
Çoxları bəyənmir indi Sabiri,
Hamı lağa qoyur yazıq şairi,
Əsli bilinməyən, soysuzun biri ,
Özünü tay tutur, şaha dünyada.
….
İdris ac yaşayıb, gözü tox qalıb,
Zənn edib daş qəlblər bəlkə yuxalıb,
Gəzdikcə görüb ki, sarsaq çoxalıb,
Axtarır sakit bir kaha dünyada.
Pressaz.az