Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI – VİDEO

Sabahdan etibarən hava şəraiti qeyri-sabit keçəcək. Havanın temperaturu 5-8 dərəcə enəcək. Arabir yağış yağacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Temperaturun xeyli enəcəyi,hətta qar yağacağı gözlənilir…
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra temperatur xeyli enəcək. Sabahdan noyabrın 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu 5-8 dərəcə enəcək.
Rayonlarda da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağmaq ehtimalı da var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.