Hüquqşünas – şair Ədalət Qafarov: Müstəqildir Azərbaycan Dövləti

quqşünas – şair “ƏDALƏT İŞIĞINDA” ƏDƏBİ BİRLİYİNN sədri, ” QIZIL QƏLƏM”Medialoq Mükafatı laureatı,”İZZƏT” MMC-nin Təsisçisi və Direktoru Qafarov Ədalət İzzətoğlu

MÜSTƏQİLDİR, AZƏRBAYCAN DÖVLƏTİ

Qurduq dünyamızda şanlı dövləti.
Dövlətlər yanında çoxdu hörməti.
Qazandıq həyatda biz bu şöhrəti
Müstəqildir, Azərbaycan dövləti.
***
Dəyişdi zəmanə, dəyişdi dövran.
Ağır fəlakətdən keçdi bu ünvan.
Həyatda yaşatdı, bizlərə bir şan.
Müstəqildir, Azərbaycan dövləti.
***
Ayrıldı vəhşi caynaqdan bu can.
Bax bu şanlı yolda, axıdıldı qan.
Kömək oldu bizə Uca Yaradan.
Müstəqildir, Azərbaycan dövləti.
***
Vətənə dolsa da, iblisin donu,
Müstəqillik şandır, qoruyaq onu.
Qüdrətli dövlətdir, bax bunun sonu.
Müstəqildir, Azərbaycan dövləti.
***
Qürurludur, Müstəqillik sözü də
Şan-şöhrətdi, Müstəqillik özü də
Gəlin birgə öpək həmin sözü də
Müstəqildir, Azərbaycan dövləti.
***
Ədalətəm, Müstəqildir Dövlətim,
Eşidəndə, müstəqilik, kövrəldim.
Müstəqillik həyatına güvəndim.
Müstəqildir, Azərbaycan dövləti.
Əbədidir, Azərbaycan dövləti.

 

 

Pressaz.az