MƏMMƏDZADƏ HACI QULAMHÜSEYN – DANIŞAQ (QƏSİDƏ)
DANIŞAQ
(Qəsidə)
Rəfiqan gəl sidqilə,Kərbübəladan danışaq.
Turabi qanə dönən,Dəştü-bəladən danışaq.
……………….
Əbbasə şövqilə bax,odur Hüseyn sər ləşkəri,
Qolları təndən düşən,sahib livadən danışaq.
………………..
Zeynəbdə qüdrətə bax,meydanda mərdanə durub,
Bir gündə başə salan,yeddi qəradən danışaq.
…………..
Əl-ətəşdən dodağı,parələnib neçə yerə,
Hülqi peykanə nişan,körpə baladən danışaq.
…………..
Qardaşım toy elədi,toyxanəsi döndü yasa,
Hicləsi yasə dönən,qanlı hənadən danışaq.
………………..
Səriyyə xanə xərab,baxırdı həsrət oğluna,
Həşrədək sağalmayan,dəyən yaradən danışaq.
……………….
Leylanı ağlar qoyan,alan əlindən Əkbəri,
Qətlinə hökmi verən,Şimri dəğadən danışaq.
……………….
Əhl(i)-əyal ahu kimi,qaçdı dağıldı çöllərə,
Od vuran xeymələrə,əhli cəfadən danışaq.
……………….
Düzülüb nəşiləri,yetmiş iki nöcavanın,
Ney Nəvadə kəsilən,səri cidadən danışaq.
……………….
Üsəralər yığılıb,nohə deyib,sinə vurur,
Səmayə uc eləyən,şuri-nəvadən danışaq.
…………………
Bax səma səmtinə gör,Hüseyn deyib nalə qılan,
Dinləyək nohəsini,Ərşi-əladən danışaq.
…………………..
Hacərü Sara ilə matəm-əzayə yığılan,
Fatimə binti rəsul,Ali Əbadən danışaq.
…………………..
Yığılıb ali Hüseyn,şamü-qəribanə bu gün,
Zeynəbü Külsüm ilə,sahib əzadən danışaq.
…………………..
Leylayə bir nəzər et,alıb diz üstə Əkbərin
Ağlayan sübhə kimi,başı bəladən danışaq.
……………………
Elə bildin Şimri dun,Hüseyn qanı yerdə qalar,
Vaqeyi ruzi qiyam,gələn cəzadən danışaq.
……………………
Rübabi biçarə də,alıb qucaqə qundağı,
Əsğəri şirin zəban,nuru sühadən danışaq.
…………………….
Əynində zərrin libas,gözlərinin yaşinə bax,
Nu ərus əynindəki,qanlı qəbadən danışaq.
…………………….
Ey əzadarii Hüseyn,aç qulağın dinlə məni,
Kərbəla türbəti qan,dərdə dəvadən danışaq.
…………………….
Nukəri xətmə yetir,söylədiyin vaqiəni,
Göz yaşına verilən,ali bəhadən danışaq.
HOHƏ SİNƏZƏN
(Qəsidə)
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
Bəlkə də yox xəbərim,solub çəməndə güllərim.
…………….
Elə şahın bacısı,cümlə mələklər dayəsi,
Elə nəclin qızıyam,külli aləm pərvanəsi,
Düşünmə uşaqdı bu,sinəmdir qəm karxanəsi
Səsləməkdən Əkbəri,parələnibdür ləblərim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
………………
Əkbərim xoş gül idi,yoxdur cahanda bir tayı,
Kəmali,cəmal ilə,heyrətdə qomuşdu ayı,
Onu rəzzaqi xüda,Hüseynə vermişdi payı,
Açmamış soldu nədən,ol surəti peyğəmbərim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
………………
Hər tərəf qan ağlayır,baxanda qanlı pərçəmə,
Bacısı,həm həm qızları,xeymədə batıbdı qəmə,
Gedibdir su gətirə,ol qanə dönmüş Əlqəmə,
Qolları təndən düşüb,Əbbasü ələm pərvərim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
……………….
Gözüm yollarda qalıb,gəlmədi Heydər balası,
Bəs nədən açılmayır,əmmə başımın qarası,
Bəlkə yoxdur taqəti,bədəndə çoxdur yarəsi,
Görüblər başsız bizi,güya ölübdür sərvərim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
……………….
Əmoğlum toy eyləsə,libası əlvan geyərəm,
Gah əmoğlum Qasimə,gah Əkbərə naz edərəm,
Fatiməni bazərəm,gərdən bənd ənam verərəm,
Xəl’ətin oldu kəfən,ey Qasimü gül peykırim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
……………….
Taqəti yox Rübabın,əmizdirə körpəsini.
Dinləməkdən üzülüb,körpəsinin naləsini,
Ey xüda bir nəzər et,gör sinəmin yarəsini,
Əl-ayaq çalır balam,ləblıri ətşan Əsğərim.
Əmməcan söylə görüm,harda qalıbdır Əkbərim.
……………….
Xərabə mənzilimiz,tapmayıram nanu-nəmək,
Hər keçən tənə vurur,yoxdur gələn bircə kömək,
Yəni bundan da betər,sinəmiz dağlar çəkəcək,
Qalmışıq viranədə,yetmədi dadə Heydərim.
Əmməcan söylə görək,harda qalıbdır Əkbərim.
……………….
Atama ərz elə ki,çoxdur yarası qızının,
Özgədən yox gümanı,sənsən dəvası qızının,
Canını təslim edir,gəlmir sədası qızının,
Yazmağa halimizə,harda qalıbdır Nukərim.
Əmməcan söylə görək,harda qalıbdır Əkbərim.
Pressaz.az