RAMİLƏ ATƏŞ: Həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Qaradağ rayonu 4saylı Birləşmiş uşaq poliklinikasının baş həkimi Cəmilə xanıma həsr olunur.
HƏKİM QIZ
Həm daxili gözəldi, həm zahiri bu qızın,
Qızılı saçları var xatırladır payızı.
Dürr tökülür dilindən,elimdən verir xəbər,
Bu həkim qızı qəlbən, tanıyan, bilən sevər.
Körpələrin dostudur, qoruyar xəstəlikdən,
O, bu sənəti seçib hələ lap körpəlikdən.
Söhbətindən doyulmaz, namərdlərə yan almaz,
Vətəninə sadiqdir, bu vətəndən ayrılmaz.
Danışır gah müəllimtək, gah şeirdən, sənətdən,
Ona sevgi bəxş edib, ilahi məhəbbətdən.
O sevir təbiəti, sevir qayğı, diqqəti,
Bu həkim qız qazanıb dostların məhəbbətin.
Vüqarlıdır dağ kimi, qaynardır bulaq kimi,
Hər kəsi heyran edir, cəsurdur Həcər kimi.
O fərqlidir çoxundan, qəlbən çox mehribandır,
Bizim Cəmilə xanım öz xalqına vurğundur.
Pressaz.az xəbər portalının rəhbəri, QGY jurnalının Təsisiçi və Baş redaktoru, şair -publisist Ramilə Atəş (Məmmədova)