KÖNÜL SƏSSİZ : XATİRƏLƏR
XATİRƏLƏR
Yenə də kəndimiz düşdü yadıma
Gözümdə canlandı o xatirələr…
Məktəbə gedirdik bacımla birgə
Həyətdən dərirdik gülü gizlicə
Bir dəstə bağlayıb yola qaçardıq.
Sevinə-sevinə əlimizdə gül
Məktəbə gedərdik
Biz sevinirdik…
O məktəb yolları heç unudulmur
Məktəbdən qayıdanda yolda dayanıb
O böyük ağaca biz daş atardıq
Tökülən keçibuynuzunu tez tez yığardıq.
Əlimiz ağzımız bala batardı
Anam bizi görəndə hey danlayardı…
Hələ iydə ağacı…onu demirəm…
Ətiri yayılırdı butun yol boyu…
İndi hardan gəlsə iydə qoxusu
O günlər yadıma düşür anbaan.
Nə tez ötdü illər, ay aman.
O məktəbli geyimində gedən qızcığaz
Xəbərsizdi dünyanın oyunlarından
Məktəbə gedirdi belində çanta
Saçında ağ lenti üzündə gülüş
Yol boyu deyirdi dilində şeir…
Ehh…qaytara bilsəydim zamanı geri…
Çox şeyi dəyişib başdan yazardım…
O illərə qayıdıb bir də uşaq olardım…
Pressaz.az