Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi “Doğma Azərbaycanım” adlı layihə çərçivəsində işlərini davam etdirir
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi “Doğma Azərbaycanım” adlı layihə çərçivəsində işlərini davam etdirir.
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi yarandığı gündən etibarən milli-mənəvi və milli-maddi dəyərlərin təbliğinə dair bir çox layihələr həyata keçirmişdir. İctimai birliyin əsas məqsəd və vəzifələri sırasında milli-mənəvi dəyərlərimizin qorunması, təbliğ edilməsi və inkişafı istiqamətində elm, təhsil, din, mədəniyyət, mənəviyyat, vətənpərvərlik sahəsində fəaliyyətin qurulması və maarifləndirmə işinin aparılması dayanır. İctimai birlik bu məqsəd və vəzifələrə sadiq qalaraq yeni bir layihəyə “Doğma Azərbaycanım” layihəsinə başland. Belə ki, bu layihə çərçivəsində 50 gənclə birgə Azərbaycan Respublikasında müxtəlif bölgələrdə yerləşən dini-tarixi abidə hesab edilən 50 məscid haqqında video çəkilişlərin hazırlanması və layihənin sonunda kitabın nəşri nəzərdə tutulur.
Layihənin əsas məqsədinə gəldikdə isə Azərbaycan tarixini, respublika ərazisində yerləşən dini-tarixi abidələri eyni zamanda Azərbaycan xalqının və dövlətinin milli-mənəvi və milli-maddi dəyərlərinə sahib çıxmasını cəmiyyətə çatdırmaq və təbliğ etməkdir. Bunu da qeyd edək ki, bu layihədə 50 gənc bildirmək istəyir ki, tariximiz, mənəviyyatımız necə ki hal-hazırkı nəsillərə əvvəlki nəsillər tərəfindən çatdırılıb, onlardan sonrakı nəsillərə bunları layiqincə və düzgün şəkildə çatdırsınlar.
Bundan əlavə olaraq düşünülür ki, bu layihədən bir çox insanlar faydalanacaqdır. Bunlar arasında xüsusilə də gənclər əsas yer tutacaqdır. Çünki layihənin elə əsas məqsədi budur ki, Azərbaycan gənci öz tarixini və tarixi köklərini dərindən, düzgün şəkildə öyrənsin. Bu layihə çərçivəsində gedən proseslərdə də gənclərin fəallıqları və maraq göstərmələri çox ürəkaçan bir haldır. Bu da o deməkdir ki, bu sahə üzrə maarifləndirmə işinin aparılması vacib və labüddür. İnanırıq ki, ictimai birliyin digər layihələri kimi bu layihəsidə gözəl şəkildə öz fayda və bəhrəsini verəcəkdir.
https://m.facebook.com/story.php?story_fbid=699152403890306&id=569184973553717
Pressaz.az