Türk dünyasının dəyərli söz ustadı, Cezayir Cengiz “Kültürel Kanal”ını yaratdı
Bu gün Türk dünyasının dəyərli söz ustadı, şair,sinema-dizi oyunçusu Cezayir Cengiz Pressaz.az-ın həmsöhbəti oldu. Cezayir bəy “Söz”, “Bahtiyar Ölmez”, “Aslan Ailem”, “Çukur”, “Tek Yürek”, “Adını Sen koy”, “Diriliş Ertoğrul”, “Mehmetçik Kutul Amere”, “Arka Sokaklar” və başqa dizilərdə çəkilib.
O, Şampiyon, Sirayet, Zor yıllar,Köprü kimi filmlərdə rol alıb. Toplam 100-dən çox dizi-sinema-reklam filmlərində və Televiziya proqramlarında iştirak edib. Seymen TV, Çay TV, Can Erzincan Tv, Vatan TV, KAÇKAR TV, Yıldız TV. Atv, Samanyolunda müxtəlif proqramlara qatılıb.
Üç ildən çoxdur ki, “ANADOLU DERNEK TV”-də “Aşıklar Kültür Dünyası” adlı proqramın aparıcısıdır.
Əslən Karslı olan Cezayir bəy ailəlidir, iki övladı var. 10 ildir medya, dizi-sinema sektorunda fəaliyyət göstərir.
Bu günlərdə uzun müddətdir üzərində çalışdığı “KÜLTÜREL KANALINI” tezliklə izləyicilərinə təqdim edəcək
Pressaz.az kollektivi olaraq Cezayir Cengiz bəyi təbrik edir, ona uğurlar diləyirik. Və onun səsləndirdiyi bir neçə şeiri sizlərə təqdim edirik. Qeyd edək ki, Cezayir bəy öz sehirli səsi ilə gənc Azərbaycan şairi Könül Səssizin “Dəyişib bu zəmanə”şeirini də səsləndirib.
Könül Səssiz