Müasir Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “SEVGİ ƏNGƏL TANIMAZ” adlı tədbir keçirildi – FOTO

Müasir Psixologiya Mərkəzinin təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “SEVGİ ƏNGƏL TANIMAZ” adlı  möhtəşəm bir layihə həyata keçirildi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadını işıqlandırmaq, onlara dəstək olmaq, onları sevmək, həyatı onlarla birgə paylaşmaq və onlara bizdən biri olduqlarını hiss etdirmək idi. Bu layihəyə bir çox tanınmış məşhurlar da qoşulmuşdu. Tədbirdə həmin uşaqlar üçün dəfilə təşkil olunmuşdu ki,  onlar podiuma həmin məşhurlarla çıxdılar. Bu gözəl, istedadlı balaları izləməyə yüzlərlə insan gəlmişdi.

Pressaz.az kolletivi adından bu gözəl, təqdirəlayiq, möhtəşəm layihəni təşkil edən psixoloq Aida Nəbiyeva və Nərgiz Süleymanlıya təşəkkür edir və onlara uğurlar diləyirik.

 

Pressaz.az