Fuad Abbasov bir daha Rusiyaya qayıtmayacaq
16 may 2019-cu il səhər saat 11-də Moskvadakı evindən haqsız həbs olunan və iki aya yaxın təcridxanada saxlanılan, Azərbaycanın Rusiyadakı səfirliyinin bu işə qarışması və Azərbaycan dovlətinin notasından sonra Azərbaycan jurnalisti Fuad Abbasov axır ki, bir həftədir azadlığa buraxılıb. Amma tarixdə və heç bir qanuna səğmayan bir qərar verilib. Bu Fuad Abbasovun 50 il Rusiya torpağına qadağa qoyulmasıdır.
Bu gün BMM-də canlı yayımla mətbuat konfransı keçirildi.Fuad Abbasov başına gələn haqsız hadisələri təfərrüatı ilə jurnalistlərlə bölüşüb və ona verilən bütün sualları geniş cavablandırdı. O, jurnalistlərə açıqlamasında bildirdi ki, deportasiya olunması üçün Ximki şəhər Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib:
“Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.
F.Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.
Pressaz.az