MAYA QASIMOVA: KÜSÜBDÜR BÜLBÜL, OXUMUR DAHA
KÜSÜBDÜR BÜLBÜL, OXUMUR DAHA
Bülbül, dərdini kimlə böimək istərsən?
Ayrılıq, hicran payına düşdü.
Elindən-obandan qovdular səni.
Doğma kəndindən,
güllü bağlardan,
Cənnət bağçasından
qovdular səni.
Könlü viran olub,
küsübdür bülbül.
Oxumur daha…
Bülbül sənin ellərini
duman, çən alııb.
Hicran ağladır səni.
Qərib düşdün öz elindən.
Qan ağlayır gözlərin.
Küsüb bülbül, oxumur daha.
Cənnnət bulaqların,
Axan çayların
Ürəyi oxşayan
nəğmə səsləri duyulmur daha…
Dağın ətəyində
laləli düzdə
Bülbülün ürəyi qalıb
o yerdə.
Ah! bülbül hələ sənin
elində duman, çən gəzir..
Bilirəm, bu dərdə dözmək çox çətin.
Yurdunun həsrəti, dərdi-qəmi çox.
Ağlaya, ağlaya qalıbdı
bülbül.
Od tutub alışıb, yanıbdı bülbül.
Oxumur, oxumur küsübdü bülbül. Xarıbülbülünə o həsrət qalıb.
Kövrəlib, gözündən
Qan-yaşlar axır.
Sayır günlərini
qəmlə, kədərlə.
Nalə çəkib ağlar o gecə-gündüz
Üzüldü ürəyi haray çəkməkdən.
Küsübdür bülbül, oxumur daha.
******************************
YARALI QUŞ
Qaranquşlar üz tutmuşdu təbiətə..
Bağça-bağla, dağla-düzlə
Göz oxşayan gözəlliklə
Qarabağın səmasıyla
yol gəlirdi gözəl quşlar.
Öz doğma torpaqlarına.
Hamərd düşmən atəş açdı
Məhv eylədi o quşları
Yaralanan bir ana quş
Fəryad edib çığırırdı
Ölmüş balasına baxıb.
Ah! yaralı quş,yaralı quş
Yağı gülləsinə tuş gələn quş.
Kədərin göynədir insan qəlbini.
Fəryadın yandırar bu ürəyimi.
Hər il eyvanımda yuva
qurardın.
İlk baharın müjdəçisi
Payızda yeddi quşla
yolladım səni.
İndi tək qaldın, yaralı quşum.
Öz elindən aralı
sızıldayır pərişan yaralı qaranquşum…
Pressaz.az