ƏDALƏT İZZƏTOĞLU QAFAROV:ÇALINSIN VƏTƏNDƏ QƏLƏBƏ MARŞI
ÇALINSIN VƏTƏNDƏ, QƏLƏBƏ MARŞI
Uzun illərdir ki, yurdsuz qalmışam,
Həsrətli günləri yada salmışam.
Qələbə sevincin yaşamamışam.
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Gül-çiçəkdi yurdumun hər qarışı,
Dağılıb yurd, qalmayıb öz naxışı.
Qələbə çalınar, axar göz yaşı
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Qələbə Marşıyla qurtaraq yayı,
Düşmənə göstərək, lazımı payı.
Qələbə Gününün olmaz heç tayı.
Çalınsın Vətəndə, Qələbə Marşı!
***
Alınsın yurdumun hər bir qarışı,
Yağsın yurdumuza, çiçək yağışı.
Deyirəm hamıya mən bu çağrışı,
Vətəndə çalınsın, Qələbə Marşı!
***
Var olsun, Vətəndə iğid oğullar,
Vətənin yolunda sinə qoyurlar.
Düşmənin həvəsin gözdə qoyullar.
Yurdumda çalınsın, Qələbə Marşı!
***
Şəhidlik zirvəsi keçdi bu torpaq,
Yurdumda ucalsın Üçrəngli bayraq.
İgidlərə söz qoşub, mahnılar yazaq,
Vətəndə çalınsın, Qələbə Marşı!!!
Pressaz.az