ARİF MƏHƏRRƏMOV : “ŞƏHİD OLMAQ HƏSRƏTİNDƏYƏM”
Pressaz. az-ın məlumatına görə bu gün bu sözləri Arif Məhərrəmov feyzbook səhifəsində paylaşıb:
“Mənim üçün ən dəyərli qoxu Vətən torpağımızın sevgi qoxusudur. Bizim Şəhid və Qazi qanımızla yogruldu Azərbaycan və Turkiyə topraqları. Bir Ananın iki övladı Azərbaycan – Turkiyə. Əllərimdə iki bayraq Azərbaycan – Turkiyə. Canımla sənə Can borcluyam Anam Azərbaycan! Şəhid olmaq həsrətindəyəm.Vətən üçün ölərəmsə, nə olar, ağlamayın men Qaziyə – Milli ruhum qan verər Vətən eşqiylə döyünən urəyə – Bax o Boyuk Turkiyə!!!”
MƏNİM ƏSGƏR QARDAŞIM
Vətən adı çəkiləndə ayaqda duran
Ruhunu, canını yolunda qoyan.
Fədakar, əzmli, igid qardaşım
Sən çox yaşa, mənim əsgər qardaşım!
Vətən sənin canın, sənin anandır
Başı qarlı dağlar sənin yarındır.
Qarabağa, torpağına sahib çıx
İrəli get, mənim əsgər qardaşım!
Vətən sənin, torpaq sənin, yurd sənin
Yağıların əllərində əsir qalan, alçalan
Namusuna toxunub, yandırılan
Qız-gəlinlər sənin, mənim qeyrətim
Al qisası, mənim əsgər qardaşım!
Şəhid qardaşının axan qanı qurumaz
Gözü yaşlı anaların ürəkləri soyumaz.
Yalançı vədələr, sözlər qarın doyurmaz
Al torpağı, Al qısası, mənim igid qardaşım
Dalğalandır bayrağını Qarabağda, Şuşada
Başın uca olsun, mənim əsgər qardaşım!
Könül Səssiz