KÖNÜL SƏSSİZ: HƏSRƏT YAĞIŞI
Həsrət yağışı
Yağan yağış göyün həsrət nəğməsi
Torpağa qovuşmaq üçün ağlayır.
İsladır yaxasın göz yaşlarıyla
Torpaq sevgilisinin bu həsrətinə
Dözməyir, o damlaları qoynuna alır.
Yağ, həsrət yağışı, boşalsın qəlbin
Səmanın üzünə bir nur çilənsin
Bu göz yaşlarıyla öz sevgisinə
Qovuşsun yenə də bu iki aşiq.
Göylər də, yerlər də bir cana gəlsin.
Torpaq aşiqinin göz yaşlarından
Su içib canlanır, həyata dönur.
Onun saf qoxusu yayılır birdən
Səmaya sevgisini belə göndərir.
Oyanan təbiət, yer ilə göyün
Əbədi sevgisinə şahidlik edir.
DƏYİŞİB BU ZƏMANƏ
Dəyişib bu zəmanə, mən hər şeyə mat qalmışam
Gör bir nə halə gəlmişik, ulağı mən at sanmışam.
Ta qədimdən görmüşük kasıblara əl tutanlar
Varlı olub, tacir olub, kəndin ağsaqqalı olub.
Gör indi nə haldayıq kasıb kasıba əl tutur.
Paylaşır süfrəsini, ağzındakı tikəsini, utanmayır
Allaha şükr eyləyib, bunu əskiklik sanmayır.
Varlısa dunya mənim deyib, bizi heç saymayır
Sanki heç ölməyəcək, yığdığı pulların sayır.
Nə qədər ki, gec deyil, ey Adəm oğlu sən eşit
O haram pulları yox, yaxşı əməllərini say.
Yedirt sən bir yetimi, geyindir onun əynini
Bil,qiyamət günündə qoruyar bu əməl səni.
Dunyanı cənnət bilib, uyma şeytanın felinə
Bütün aləm bilir ki, fani dunya qalmaz sənə….
Pressaz. az