DİLGUŞƏ GÜLÜMCAN: ÇOX GEC ANLADIM…

ÇOX GEC ANLADIM

Yenə yada düşüb xatirələrim,
Ruhunu oxşayır göylərdə əlim.
İndi həsrətinlə alovlanıram,
Çağır,qaça-qaça yanına gəlim.

Qədrini bilmədim mən sağlığında,
İçimi göynədir acım,ağrım da.
Görüb ətrafımda vəfasızları,
Peşiman olmuşam ahıl çağımda.

Eşqinə və mənə sən sadiq oldun,
Məhəbbət bağında günbə-gün soldun.
Anlaya bilmədim o zaman səni,
Söylə niyə indi qəlbimə doldun???

Ötürdüm illəri yaşadım boşa,
Bilmədən ruhunla daşındım qoşa.
Olub keçənləri çox geç anladım.
Dilguşə, bu dərdlə bacarsan yaşa.

 

 

BU DÜNYANIN İŞİNƏ MAT QALMIŞAM

Görən nədən bu insanlar korlanır,
Doğru sözü söylədikdə qorlanır,
Məhəbbət də yağ yerinə şorlanır,
Bu dünyanın işinə mat qalmışam.

Dost dediyin bir an üzün döndərir,
Sevgisini kimə gəldi göndərir,
Vəfasızlar bu zamanda öndədir,
Bu dünyanın işinə mat qalmışam.

Əxlaq gedib,yerin əxlaqsız alıb,
Qoca, cavan meylin küçəyə salıb,
Abrı olan evin küncündə qalıb,
Bu dünyanın işinə mat qalmışam.

Ata,ana daha saya alınmır,
Qohum qardaş unudulub,sanılmır,
Maskalanmış olanlarda tanınmır,
Bu dünyanın işinə mat qalmışam.

Torpaq gedib,oba gedib,el gedib,
Viran qalıb, burulğanlı yel gedib,
Elə bil ki,üstümüzdən sel gedib,
Bu dünyanın işinə mat qalmışam.

Görən kimdi olanlara günahkar,
Kimsə duymur,hamı olub lal və kar,
Görən varmı bu millətə sahibkar?
Bu dünyanın işinə mat qalmışam.

 

 

Pressaz.az