Beyləqan rayonu Milabad süd qəbulu məntəqəsi – yüksək keyfiyyətli məhsulları ilə xidmətinizdə

 Beyləqan rayonu Milabad süd qəbulu məntəqəsi – yüksək keyfiyyətli məhsulları ilə xidmətinizdə.

Ulu öndərimiz Heydər Əliyev Respublikamıza rəhbərlik etdiyi dövrlərdə beş dəfə- 5 avqust 1971, may 1976, iyul 1980, dekabr 1993, aprel 1994-cü ildə Beyləqan rayonuna səfər edib, Sovetlər dönəmində bu bölgəyə ilk gəlişində Beyləqan rayonunu gənc və zəhmətkeş diyar, burdakı adamları öz halal zəhmətilə yaşayan əməksevər insanlar adlandırmışdır. Əmək adamları və rayon ictimaiyyəti ilə görüşlərdə verdiyi məsləhətlər və tövsiyələr qədim tarixə malik bir diyarın çiçəklənməsində böyük rol oynamışdır. Bu gün Beyləqan rayonunda aparılan abadlıq və quruculuq işləri beyləqanlıları sevindirir və onları ölkəmizin gələcəyi naminə daha yaxşı işləməyə səfərbər edir. Beyləqan rayonunda müasir standartlara cavab verən müəssisələrdən biri də Miladad süd məntəqəsidir. Məntəqənin rəhbəri Vüqar Ağalıyev öz işinə əsl zərgər dəqiqliyi ilə yanaşan, məhsulun keyfiyyətinə və təmizliyinə xüsusi önəm verən, sözün əsl mənasında işini sevən bir mütəxəssisdir.
Onun dövlət proqramları çərçivəsində gördüyü işlər rayonda həyata keçirilən sosial-iqtisadi inkişafa da müsbət təsir göstərir. 

Pressaz.az