Şəhidimiz sabah dəfn olunacaq – İki övladı var imiş

Bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti Qaxda dəfn olunacaq.

 Presaz.az Oxu.Az-a istinadən xəbər verir ki, 36 yaşlı şəhid mayor Aqil Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Şəhid ailəli olub, iki övladı var.

 

Pressaz.az