KÖNÜL SƏSSİZ: EY ŞƏHİDİM

Aprel döyüşlərinin ən gənc Şəhidi Yalçın Osmanov…Ruhu şad olsun.

      EY ŞƏHİDİM

Sən cənnətin qoynunda
Rahat yat, ey Şəhidim.
O cavan məzarına
Mən qurbanam, Şəhidim!
O məsum baxışın
Nələr söyləyir…
Sənə qıyan əllər
Yansın, Şəhidim!
Viran oldu Könülün
Səssiz dünyası.
Kaş ki, o məzarda
Mən yataydım, Şəhidim!
Kaş ki, sənin yerinə
Mən öləydim, Şəhidim!
Səni gördüm
Ana qəlbim yandı..
….yandı, kül oldu…
Kaş ki, sənə dəyən
Namərd gülləsi
Qəlbimə dəyərdi
Mənim Şəhidim!
Bağışla sən məni
…bağışla, qisasını
Ala bilmirəm…
O yağı düşmənin
Qorxaq tülkünün
O murdar canını
Ala bilmirəm…
Şəhidimin qanını
Ala bilmirəm…
Bağışla sən bizi
Əziz Şəhidim!
Məkanın cənnət olsun
Cavan şəhidim!

 

 

Pressaz.az