ƏDALƏT İZZƏTOĞLU QAFAROV: SUMQAYIT -70

HÜQUQŞÜNAS-ŞAİR
Qızıl Qələm Media Mükafatı Laureatı
ƏDALƏT İZZƏTOĞLU QAFAROV

           SUMQAYIT-70

Üzüm güldü Sumqayıta gələndə,
İndi yaşım həmin yaşım deyil ki…
Ruhum coşdu Xəzərimi görəndə,
Coşan ruhum ötən ruhum deyil ki…
***
Ömürümü şəhərimlə bölmüşəm,
Qocalmışam, gənclik yaşım deyil ki…
Şəhərimi kərpic-kərpic hörmüşəm,
Qabar əllər həmin əllər deyil ki…
***
Gəzdikcə şəhərdə coşur ürəyim,
Şəninə nəğmələr qoşur ürəyim,
Xəzərin mehindən doymur ürəyim,
Əsən yellər həmin yellər deyil ki…
***
Gündən-günə gözəlləşir şəhərim,
Ay-ulduzdur vətənimdə şəhərim,
Ölkəmizə işıq saçır şəhərim,
Bu şəhərim qoca şəhər deyil ki…
***
Göyərçin abidə Sülhün daşıdır,
Sumqayıt ölkəmin üzük qaşıdır.
Bu il şəhərimin Yetmiş yaşıdır,
Ötəh illər həmin illər deyil ki.

 

              NƏSİMİ-650

Fələk, boğub harayımı, səsimi,
Yox sazımın nə pərdəsi, nə simi.
Soyulmuşam səndən betər Nəsimi,
Dərdim böyük, bu ürəyim qan ağlar.
***
Yara tökdü dilim, vətən deməkdən,
Yurdum əsir, nalə çəkir deməkdən,
Yatmıram ki, gecələri deməkdən,
Dərdim böyük, bu ürəyim qan ağlar.
***
Bilmirəm, neyləyim, gedim, ha yana?
Coşub yazıram yatmışlarım oyana,
Lənət olsun şairimi soyana,
Dərdim böyük, bu ürəyim qan ağlar.
***
Zalım fələk verib yaman dərsimi,
Sökülə sərhədlər, tikanlı simi,
Qıram gərək, bağlı qalan tilsimi,
Dərdim böyük, bu ürəyim qan ağlar.
***
İzzətoğlu, hər gün düşmən atır, gəl,
Nəsimi də fəryadıma çatmır, gəl,
Günəş doğmur, sanki dünya batır, gəl,
Dərdim böyük, bu ürəyim qan ağlar.

 

VƏTƏNİN YOLUNDA BİGANƏ QALMA

Gəzdiyim o yerlər, dağlar-dərələr,
Bulaqlı meşələr, güllü təpələr.
Gənclik illərində təhsil aldığım,
Kəndimdə yağılar güllə səpirlər.

Başı dumanlı, qarlı qalan dağlar,
Qalardıq tonqallar, bükərdik şarlar.
Çərşənbə vaxtında atdığım şarlar,
Yadıman çıxmayır, qəlbim qan ağlar.

Yurdumun illərdir yanır sinəsi,
Artıq söz qalmayıb, deyilməyəsi…
Bizi haraylayır, bizi səsləyir,
Yurdumun sızlayan hər bir guşəsi.

Sinəsi qarlı, bağlı-bağatlı dağlar,
Güllər dərdiyim dağlar-dərələr,
Yurdsuz qaldıq nədən ay ellər?
Kimsə yox dərdini bölə o yerlər.

Vətənin yolunda biganə qalma,
Yurdsuzsan yerində oturub sayma.
Ədalət deyəcək bir gün sözünü,
Kəsəcək düşmənin yurddan gözünü.

 

      MƏRD ŞƏHƏRİM

Salam olsun Sumqayıta,
Sumqayıtdı ovqat yerim,
Coşa gəldi yeni şeirim,
Sumqayıtım, mərd şəhərim.
***
Töhmət altda, biz qəhərdə,
Yurd salmışıq bu şəhərdə,
Ömür keçdi qəm-kədərdə,
Sumqayıtım, mərd şəhərim.
***
Dərd əlindən gəldim zara,
Dözmür ürək ahu-zara,
Günlərim də ötür qara,
Sumqayıtım, mərd şəhərim.
***
Mən baxmadım dövlət, vara,
Bu ürəkdə yurdum yara,
Baş götürüb gedim hara?
Sumqayıtım, mərd şəhərim.
***
Qarabağım yad əllərdə,
Barıt qoxur o güllər də,
Yaddan çıxmaz bu günlər də,
Sumqayıtım, mərd şəhərim.
***
Tapammıram yurda çarə,
Sumqayıtım, ər şəhərim
Yollar bağlı, mən biçarə,
Sumqayıtım, mərd şəhərim.

 

Pressaz.az