Lənkəranda 3 dəfə çox məhsul verən 4 yeni çay növü əldə edilib – VİDEO

Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki,  Lənkəranda uzun illər aparılan tədqiqat işlərininnəticəsi olaraq 4 yeni çay sortuəldə edilib. Yeni sort çaylardan digərlərinə nisbətən 3 dəfə çox məhsul yığılacaq.

Çay sahələrindən mövsüm ərzində adi qaydada olduğu kimi 3-4 dəfə yox, 9dəfə çay yığmaq mümkün olacaq.AMEA-nın Regional elmi mərkəzi və KəndTəsərrufatı Nazirliyininmeyvəcilik və çaycılıq elmitədqiqatinstutnunun birgəapardığıtədqiatişləriuğurlu nəticələr verib..

Çayçılığın inkişafı dövlət proqramına uyğun olaraq aparılan tədqiqat işlərinəticəsində4 yeni çay sortu əldə edilib.

Adi təsərrüfatlarda mövsüm ərzində cəmi 3-4 dəfə yığım aparıldığı halda həmin sahələrdənötən il7 dəfə çay yığılıb. Bu ilisə 9 dəfə yığım aparılacaq.Yeni sortlarAzərbaycanınikiseleksiya sortu ilə müqayisə olunaraq öyrənilib. Bu sortlar yüksək keyfiyyət göstəricilərinə görəbuvaxtakimi yayılmışçaylardanfərqlənir. Bundan başqa yeni sortların məhsulu da tez yetişir.

Artıq yeni sortlar sınaqdan keçirilib və təsdiq olunub.Gələn ildən rayonlaşdırılacağı gözlənilən bu sortlar artırılaraq cənub rayonlarında çayçılıqla məşğul olan fermerlərə veriləcək.