RAMİLƏ ATƏŞ: YAZ YAĞIŞI

YAZ YAĞIŞI

Yaz yagışı
Bir gözəlin sevgi dolu baxışı
Yaz yagışı
Çəmənlərdə çiçəklərin naxışı
Yaz yagışı
necə xoşuma gəldi,
Ele yagdı,
Həyat üzümə güldü. 
Yaz yagışı
Yagır sanki könlümə,
Çiçəklər gətirir,
Cansız ömrümə.
Yaz yagışı
Yag agrili könlümə,
Məlhəm eylə
Yanmış, incik könlümə.
Yaz yağışı
Gəl səninlə dərdləşim,
Sevincimi, kədərimi,
Gəl, səninlə bölüşüm.
Yaz yagışı,
Sənə açım sirrimi,
Çoxu bilmir,
mən də sənin kimiyəm.
Gah doluram,
boşalıram,
Gah küsürəm,
barışıram,
Gah yagışdan danışıram.
Yaz yagışı
Gizlət görüm,
mənim qəmli baxışımı
Yaz yagışı…
Qəlbim yanır,
Atəşimi söndür görüm,
ipək kimi saçlarımı,
islat,narın damlalarla.
Yaz yağışı
Yag ,könlümə,
Ümid gətir bu ömrümə,
Yaz yagışı…

Pressaz.az