RƏHİLƏ VEYSƏLLİ: GÖZƏL ŞUŞAM

      GÖZƏL ŞUŞAM

Sənsizlikdən yorulmuşam,
Bu yoxuşu çətin aşam.
Ürəyimdə bir nisgilsən,
Ata yurdum , gözəl Şuşam.

Gözüm üstə opüb qoyam,
Öpmək ilə çətin doyam.
Torpağından zərrə payam,
Ata yurdum, gözəl Şuşam.

Rahilə də gözü nəmli,
Özü qəmli, sözü qəmli.
Eşitsənə bir əməlli,
Mən ki, sənə bir şirdaşam,
Ata yurdum gözəl Şuşam.

 

Pressaz.az