Ankarada Suriya böhranının həlli yolları müzakirə olunub

Ankarada Türkiyə ilə ABŞ arasında Suriya böhranından çıxış yolları və strateji əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri arasında keçirilən görüşdə Fərat çayının şərqində aparılan antiterror əməliyyatlarının vəziyyəti, Munbiçə dair yol xəritəsinin icrası, o cümlədən İŞİD, PKK, YPG və PYD terror təşkilatlarının zərərsizləşdirilməsi, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin ABŞ Prezidenti Donald Trampın Türkiyəyə mümkün səfərini də müzakirə ediblər.
Pressaz.az