MAYA QASIMOVA: QADINLAR

 

BÖYÜK USTAD ZƏLİMXANA

Qəlbini şeirə çevirdi üstad
Dodağından nəğməyə çevirdi ustad.
Ən gözəl, ən lətif şeir ustàdı
Xalqımın şairi, ustad Zəlimxan.

Qəlbimizdə ölməyəcək xatirəsən
Daima əzizsən, ustad Zəlimxan.
Saysız həsabsızdır xatirələrin.
Mötəbər məclislərin, ustadı Zəlimxan.

Mənalı ömrün çatsada başa
Yaşayır qəlblərdə ustad Zəlimxan.
Ustad, Sənin yoxluğun ürəklərə kədərdi
Həsrətin öĺümdən də betərdi.

Ölümün xalqını yandırdı-yaxdı.
Səmada buludlar ağladı keçdi.
Bütün türk elləri yanıb yaxıldı.
Sənin ölümünə, ustad Zəlimxan.

Hikmətĺi sözlərin ürək oxşadı
Vətənə vurğundu, elə vurğundu.
Dünyanı görürdün haqqın gözündə
Yaşanır ustada böyük sevgilər.

Sinəsində alışırdı şeirdən ocaq
Dünyanın dərdinə şərik çıxaraq.
Qəlbində tükənməz söz cəlalı var
Göylərə ucalıb xalqın gözündə.

Mənalı şeirlər gəzdi dillərdə
Xalqın ürək səsi oldu şeirlər.
Zəlimxan sözünə şeyriyyatına
Əbədi sevgisi var türk ellərinin.

Ustada yaşanır qəlblərdə sevgi
Bütün nəsıllərə çatdırmàq üçün.
Qəlblərdə yerin var, ustad Zəlimxan.
Cənnətdə yerin var ustad Zəlimxan..

         QADINLAR

Həyatı qadınlar idarə edir
Etməsə bu həyat geriyə gedir.
Qadın olmasa sən də olmazsan
Gözəllik qatır həyata qadın.
Dünyaya gəlişi böyük mükafat .
Çöhrəsi təbəssüm, üzündə gülüş…
Gözəldir, gözəldir bizim qadınlar.
Həyatı qadınlar idarə edir
Etməsə bu həyat geriyə gedir.
Qadındı bəşəri işıqlandıran
Deyənlər deyiblər, bilənlər bilir.
Dünyanı bu gözəllik xilas edir.
Gözəllik deyəndə
Qadınlar yada düşür.
Həyatı qadınlar idarə edir.
Etməsə bu həyat geriyə gedir.
Səbəbin soruşsan, ay ellər məndən.
Qadın olmasa sən də olmazsan.
Həyatın gözəlliyini yoxsa duymazsan.

 

Pressaz.az