Audio Rusiyada milli parkda güclü yanğın olub

Rusiyada milli parkda (“Losinıy ostrov”) güclü yanğın baş verib.

Rosbalt xəbər verir ki, yanğın Moskva vilayətində yerləşən milli parkın ərazisinin 1 min kv.m-ni əhatə edib.

Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları çalışır.

Bildirilir ki, yanğın yaşayış binalarına yaxınlaşır.

Yanğının səbəbləri barədə məlumat verilmir.

 

Pressaz.az