RAMİLƏ ATƏŞ: AĞ ÖRPƏKLİ BULUDLAR

 

AĞ ÖRPƏKLİ BULUDLAR 

Ağ örpəkli buludlar,
Mənə baxıb dolmayın.
Kövrəlib mənim kimi,
Yağış olub yağmayın.

Yağış yağır isladır,
Çəməndə çiçəkləri,
Aşiqlər yağış altda,
Qoru nəmli gözləri.

Yağışdanmı islanıb,
Yoxsa qəmdən bu gözlər.
Yağış yağır göylərdən,
Yaşı silir gözlərdən.

Yağış səsin dinləyir,
O, sevən iki aşiq.
O, həzin pıçıltıdı,
Narın,incə damlalar.

 

Pressaz.az