DİLGUŞƏ GÜLÜMCAN : KƏLBƏCƏRİN DƏRDİ ÇOX

 

KƏLBƏCƏRİN DƏRDİ ÇOX

Kəlbəcərin dağları,
Ürəkləri dağlayır.

“İsti su” bulağından,
Buz kimi sular axır.
Gül-çiçəkli bağları,
Bir bax neçə illərdi,
Tək bir güldə açmayır.

Kəlbəcər üzərinə,
Qara bulud enibdir.
Göydən yağış yerinə,
Güllələr ələnibdir.

Kəlbəcərlilər isə,
Torpağından qovulub.
Aşıq Şəmşir, Bəhmənin,
Ruhu orda qovrulub.
Ədalət Dəldağlı
Vətənə həsrət qalıb.

Erməni dığaları,
Orda at oynadırlar,
Qızıl mədənlərini,
Yağılar dağıdırlar.
Kəlbəcər sakinləri,
Çadırda yaşayırlar.

Kəlbəcərin bu dərdi,
Qəlbləri iki bölüb.
Vaxtları çatmamışdan,
Onlar dünyadan köçüb.
Qalan Kəlbəcərlilər,
Vətənə həsrətindən,
Gözünün nuru sönüb.

Kəlbəcərin dərdi çox,
Onu heç düşünən yox.
Dərdinə dərman gəzir,
Amma ki, çarəsi yox.
Əlac Allaha qalıb,
Kimsəyə bir ümid yox.

(”Sabaha oyanan ümidlər”adlı kitabından)

 

Pressaz.az