TELLİ SƏNƏM BORÇALI: ŞƏHİDLƏRİN YUXUSUNA QAR YAĞIR

 

ŞƏHİDLƏRİN YUXUSUNA  QAR YAĞIR

Yaddaşımda yenə qəfil qurd ular 
Ocaq sönər, köz üşüyər, yurd ular .
Kövrəlibdi sinəmdəki duygular
Arzuların yaxasına qar yağır.

Bağlanıbdı Qazan xanın qolları
Solub ömrün cəngavərlik  baharı.
Qan ağlayır  Qarabağın yolları 
Ümidlərim qoxusuna qar yağır…

Yağı düşmən ürəyimə vurub ox
Bu yaramın ağrıları coxdu, cox.
Qələbədən hələ  xəbər – ətər yox
Şəhidlərin yuxusuna qar yağır…

 

*************************************

 

Cağlayıram bulaq kimi 
Eşqdən yanan dodaq kimi .
Allanmışam yanaq kimi.
Vətənimdən aralıyam 
Telli Sənəm Borçalıyam.

Şirin – şəkər baldı dilim 
Çiçəkdən  bal aldı dilim.
Elə sanma laldı dilim.
Sevənlərin  xəyalıyam ,
Telli Sənəm Borçalıyam.

Bahar dolu, yaz doluyam
Işvə dolu, naz doluyam.
Saz ətirli, söz doluyam.
Dostlarıma  vəfalıyam 
Telli Sənəm Borcalıyam.

 

Pressaz.az