MAYA QASIMOVA: ANA
ANA
Dayan, durna qatarı
Ayaq saxla, sözüm var.
Yazılmış məktubum var.
Çatmadım…karvan getdi.
Ürəyimdə sözüm var.
Dayan! Dayan durna qatarı
Sizə mənim sözüm var.
Getdiyin o ellərdə anam var.
Məktubu çatdır ona.
Yazmışam mən anama.
Nədən atılmışam mən!?…
Nədən ayrı düşmüşük?
Hər gün elə bil nizə deşir qəlbimi
Çox-çox düşüncələr yorur beynimi.
Dünya zəhər qatır qanıma axı,
Nədən atılmışam mən!?…
Az yaşım olsa da
Zəhmət – zillət çəkirəm.
Ana, bəxş etdiyin
Bu ömrü sənsiz
Zülmlə böyüyürəm mən.
Sənsizliyi düşünüb
Yollara baxaram, ana.
Yoxluğun boynumu büküb
Qəddimi əyib…
Ana, pəncərə qarşısında
Oturmuşam tək-tənha.
Sənsizliyin həsrətin
Çəkə-çəkə yollarda
Qapıda qalıb gözüm.
Ürəyimə dərd ələnir.
Sənsiz çox zülümlə
Böyüyürəm mən.
Dünya ağır yük olub…
Kimə adi olsa da
Mənə çətindi, ana!
Mən sənsiz tənhayam
Qəmim çox…
Həsrətin ürəyimdə yer salıb.
Ürəyim səsləyir sənli günləri…
Gözüm nəmlidi, ana.
Düşünürəm səni gecələr.
Yuxuya həsrətəm.
Xəyallar qururam mən yenə, ana.
Tutum əllərindən
Yox olsun sənsizlik, ana.
Sevirəm gecələri
Çünki fikirləşirəm səni.
Məyusam, qəlbim qəmlidir
Sənə deyiləsi sözüm var, ana.
Ana, gözlərim üzünə kaş bir də baxsa
Ürəyim öz arzusuna çatsa…
O gün mənə əziz gün olar, ana!…
MƏN ŞƏHİD BACISIYAM
Azərbaycan! Azərbaycan!
Doğma yurdum, doğma elim.
Uğurunda şəhid oldu qardaşım
Mən o igidin bacısıyam.
Düşmən əsarətindən
Qurtarmaqçün vətəni.
Buludlar təki uçdu
Səngərlərdən-səngərə.
Vuruşdu, atəş saçdı
Mənim igid qardaşım.
Qəhramancasına o,
Şəhid oldu qardaşım.
Mən o, şəhidin bacısıyam!
Bu dünya qan-qadalı
Düşmən çox hiyləgərdi.
Olmaz vətənimdən pay
Düşmənə od püsgürdü.
Mənim igid qardaşım
Mən O şəhidin bacısyam.
Min bir hiylə qursa da düşmən
Mənim igid qardaşım.
Şığıyıb düşmən üstə
Sanki ildırım təki
Atəş açdı qorxmadan
Mənim igid qardaşım.
Mən o şəhidin bacısıyam.
Düşmənin səngərində
Biçdi neçə düşməni.
Düşmən əsarətiindən
Qurtarmaqçün vətəni.
Düşmənə əyilmədi
Vətənin igid oğlu.
Mən o igidin bacısıyam.
Qəhrəman, igid oğul
AYAZ adlı o cəsur
Şəhidin bacısıyam mən…
Mən şəhid bacısıyam!
Pressaz.az