RAMİLƏ ATƏŞ: SARI GƏLİN
SARI GƏLİN
Azərbaycan qadınının simvoludur
Əynindəki ipək paltar üzdə ismətin donudur.
Adın gəzir nəğmələrdə dildən-dilə
Sən pak qadın, mərd qadınsan, Sarı gəlin.
Çoxu sənə sevdalandı, Sarı gəlin
Sən uymadın əğyarlara, Sarı gəlin.
Min illərdir bu millətin dilindəsən,
Sən bizimsən, bizimləsən, Sarı gəlin.
Hər yuxudan oyananda sabahları
Qulağımız eşidibdir bu nəğməni, Sarı gəlin.
Bir cavanın qarğışına düşüb nənən,
“Nənən ölsün” söyləyibdir, Sarı gəlin.
Sən bizimsən, bizimləsən, Sarı gəlin
Pressaz.az