Bu gün Beynəlxalq Poeziya Günüdür
Bu gün Beynəlxalq poeziya günüdür.
Türkiyənin tanınmış mədəniyyət xadimi,şairi,dramaturqu,rejissoru və tərcüməçisi Tarik Günersel beynəlxalq poeziya gününün qeyd olunmasını1997-ci ildə irəli sürdü.Bu təklif istər sənət aləmində,istərsə də xalqlar arasında ehtiramla qaşılandı.1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart Beynəlxalq poeziya günü elan olundu.
Bu hadisə xalqımız üçün ikiqat bayrama çevrildi. Çünki ruhun musiqisi adlandırılan bəşəri poeziyanın ritmik notları ilə baharı, çiçəklənməyə hazırlaşan ecazkar təbiəti, saflıq və birlik rəmzi olan əziz Novruzu salamlamaq doğrudan da əsl səadətdir. Səadətdir həm də ona görə ki, Odlar Yurdumuz, iqtisadi sərvəti ilə zəngin olan anamız Azərbaycan həm də mənəvi sərvəti ilə məşhurdur və əsrlərdən bəri də məşhur olub. Xalqımız şeriyyətə və mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib.Onlardan biri də xalq şairimiz Səməd Vurğundur.
Azərbaycanın ürəyi həmişə şeirlə, poeziya ilə döyünüb.
Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir”.
Pressaz.az