SAMİR HƏSRƏT: KƏDƏRSİZ BİR ÖMÜR
KƏDƏRSİZ BİR ÖMÜR
Hər yerdən qəm – kədər yağır İlahi…
Sevinc də yox olub gedib gözlərdən.
Bəlkə də Tanrının qəzəbi tutub
Küsübdür gülüşlər bir çox üzlərdən.
Günahkar bəndəyik Haqq dərgahında
Bəsirət gözümüz hələ də kordur.
Tanrının rəhmindən əlini üzmə
Tövbə qapısına hələ yol vardır.
İlahi, dərd vermə biz insanlara
Həyatda yaşayaq, sevinək, gülək.
Həyatı mənalı yaşamaq üçün
Cəfasız, kədərsiz bir ömür sürək.
KASSANIN YANINDA ƏYLƏŞƏN XANIM
Kassanın yanında əyləşən xanım
Gülüş də üzünə gözəl yaraşır.
Gözündə əks olunan o nurdan belə
Zülmət qaranlıqda gözlər qamaşır.
Kassanın yanında əyləşən xanım
Çiçəktək zərifdir gözəl əllərin.
Baxışın qəlbləri yandırıb -yaxar
Ömrünə bəzəkdir qara tellərin.
Kassanın yanında əyləşən xanım
Hər zaman xoşbəxt ol, sevgiylə yaşa.
Nəfəsin isidər sevdiyin kəsi
Ürəyin onunla döyünsün qoşa.
Pressaz.az