Bu gün tanınmış həkim-şair Əfrahim Hüseynlinin tərtib etdiyi “HƏKİMLƏRİN SÖZ DÜNYASI” kitabının təqdimat mərasimi keçirildi.

Bu gün Atatürk  Mərkəzində tanınmış həkim-şair Əfrahim Hüseynlinin tərtib etdiyi (həkim-yazarların yaradıcılıq toplusu – 2) “HƏKİMLƏRİN SÖZ DÜNYASI” kitabının təqdimat mərasimi keçirildi. 

Pressaz.az  xəbər verir ki, təqdimat olan kitabda 56 həkim-yazarın həyatını ətraflı əks etdirən yazılarla yanaşı yaradıcılıqlarından bəhs olunub.  Kitabdakı şeir və hekayələri oxuduqca tərtibçi olan Əfrahim Hüseynlinin sözü ilə desək, “bitməyən söz xəzinəsi”nin şahidi olmaq mümkündür. Kitabda klassik yazarlarla yanaşı çağdaş ədəbiyyatımızın tanınmış simaları da yer alıb.

“HƏKİMLƏRİN SÖZ DÜNYASI”nda həyatı və yaradıcılığı haqqında bəhs olunan həkim-yazarlar təqdimat mərasimində iştirak etdilər və öz ürək sözlərini söyləyib, təşəkkürlərini bildirdilər.  Kitabda həyat və yaradıcılığından bəhs olunan və şeirləri təqdim olunan Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayeva və millət vəkili, həkim, şair Musa Urud  Əfrahim Hüseynlini  təbrik edib, ona uğurlar dilədilər. Və bu kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə  minnətdarlıqlarını bildirdilər. 

Kitab tərtibçinin “Bitməyən söz xəzinəsi”, ilk təşəbbüskar Afaq Şıxlının “Eskulapın və Yebterpanın izi ilə”, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının “Ağrıların dərmanı söz” yazıları ilə başlayır. Bu da gözəl alimimiz Bilal Alarlının kitabdakı yazıların əvəzsiz təhlili!..

Qeyd edək ki, gənc yaşlarından yaradıcılıqla məşğul olan həkim-şair Əfrahim Hüseynli geniş oxucu kütləsinin rəğbətini qazanıb. O, həkimlik peşəsinin dərinliklərinə yiyələnən şairlərin həyat və yaradıcılıqlarını bir araya toplamaqla müasir Azərbaycan ədəbiyyatına daha bir yenilik gətirib. İnanırıq ki, bu kitabda Əfrahim Hüseynliyə daha çox oxucu kütləsi qazandıracaq və həyatda daha böyük nailiyyətlər əldə edəcək.

Pressaz.az olaraq həkim- şair Əfrahim Hüseynlini təbrik edir, ona uğurlar diləyirik.