Ramilə Atəş: Dünya oyun, siz oyunbaz
DÜNYA OYUN, SİZ OYUNBAZ
Ustadına kəm baxanlar,
Qəlbi nifrətlə dolanlar.
Oğrun – oğrun iş yapanlar
Sözüm sizədir, bax, sizə.
Kələk qurub iş görənlər
Külək kimi sovrulanlar.
Gündə yüz dona girənlər,
Sözüm sizədir, bax, sizə
Dünya oyun, siz oyunbaz
Arsız olanlar, utanmaz.
Sizə yaxşılıq yaramaz
Namərd kəsdən “kişi” olmaz.
Yalandan üzə gülənlər
Saxta göz yaşı tökənlər.
Gül gölgesinde tikanlar
Sözüm sizədir, bax, sizə.
Boş meydanı fürsət bilən
Öz-özünə qiymət verən
Daldada hey qeybət edən,
Çörəyi diz üstə olan kəslər
Sözüm sizədir, bax, sizə.
Boş xəyallara uymayın,
Çörək verəni unutmayın.
Gedin, bir də qayıtmayın
Dünya oyun, siz oyunbaz
Bu qədər namərdlik olmaz.
Məndən qorxub qaçan “kəslər”
Qəlbində xəyanət bəslər.
Çox üzülər, əzab çəkər
Hə…çəkərsiniz ağrı-acı,
Mən sizə olmuşdum bacı!
Bir gün gələr peşimanlıq,
Yaddan çıxar bu yamanlıq.
Tövbə edər, utanarsız
Xainlikdən əl çəkərsiz,
Yaşayarsız, tam, ləkəsiz.
Atəş deyər yolum açıq
Dünya mənə bir alaçıq.
Hər yer mənə evim kimi
Mən müəlliməm, özüm kimi!
Pressaz.az