Şairə Maya Qasımova: Qoşa Çinar

    QOŞA ÇİNAR

Qoşa çinar!
Tarixlərə şahid çinar..
Neçə sevən şahidisən!?
Elə bil ki, sevgilisən.
Qoşa çinar!
Heç bilirsən
Sənə bənzər sevgili var?…
Dağlar kimi uca, əźəmətli
Çox görkəmli, iki aşiq sevgili var.
Sıx tutublar əllərini
Sənin təki.
Cəlb edirlər sevənləri
Haqq söyləyən səsləri var.
Dəstəkdirlər hər bir kəsə
Vicdanları çox təmizdir.
Qoşa çinar!
O qızılı yarpaqların nəğmə deyir sevənlərə.
Gül ləçəyi səpmişəm ki,
Sənə gələn o yollara
Sevgilərə ətir versin.
Qoşa çinar!
Bənzərin var iki sevən
Sənin kimi çox qürurlu
Çox vüqarlı dayanıblar!
Sıx tutublar əllərini.
Həm Mehriban, həm İlhamı
Sevdalıdı bir bir-birinə iki sevən.
Çox illərə yoldaş olub
Sevənlərə dəstək olub.
İki sevən bənzərin var .
Qoşa çinar!…

 

Pressaz.az