MAYA QASIMOVA: YARIMÇIQ QALMIŞ SEVGİ…
YARIMÇIQ QALMIŞ SEVGİ
Hardasan çox sevdiyim insan?…
Yarımçıq qalıb bizim sevğimiz.
Bir zaman sevirdik bir-birimizi
Qəlbimi büsbütün vermişdim sənə.
Keçdin həyatımdan bir xəyal kımi
Tale yollarında bənzərsiz insan.
Hardasan, hardasan sevdiyim insan!?…
Yarımçıq qalıb bizim sevgimiz.
Tutardıq əl-ələ sənlə bərabər.
Əlinin məlhəmli hərarətilə
Xoş bir güzaran yaşadıq sənlə.
Hardasan sevdiyim insan?…
Yarımçıq qàlıb bıźim sevgimıź.
Vətən uğrunda şəhid oldun sən
Qəlbimin sultanı hardasan indi?
Yarımçıq qalıb bizim sevgimiz…
Nisgilli illər arxada qalıb.
Bütün ümidlərim puç olub mənim.
Bu nə qısmətdir, bu nə taledir.
İllər keçib, unuda bilmirəm səni.
Gedişin qismətimtək kədər payidır
Hardasan sevgili Şəhidim mənim?…
Yarımçıq qalıb bizim sevgimız.
Xatirələrə səpilib mənimlə qaldı
Ömrümə əbədi səhifə yazdı.
Özünə yaraşan ölüm bəxş etdin
Hardasan sevdiyim şəhid?…
Yarımçıq qalıb bizim sevgimiz.
Əllərin əlimə çatmayır indi.
Səsimə bir səs ver, şəhid sevgilim
Həsrətin qəlbimi yandırır indi.
Hardasan yarımçıq qalıb sevgimız?
Bir təsəllim var indi, şəhidim
İllər haqqa qovuşan bir məsafədir.
Əlacım illərə qalıb, Şəhidim!
Görüşərik sənlə yenə, sevgilim…
Görüşərik…
Yarımçıq qalıb bizim sevgimiz!
Pressaz.az