RAMİLƏ ATƏŞ: XOCALI

Xocalı

Soyuq qış gecəsi, qaranlıq meşə,
Ah-nalə səsindən qulaq tutulur.
Yağış tək ələnir düşmən gülləsi,
Güllələr altında qaldı Xocalı.

O gecə analar qara bağladı,
Körpələr anasız qalıb  aqladı.
Qocaya, cavana aman vermədi.
Düşmən talan etdi, yandı Xocalı.

Düşmənlə vuruşdu son ana qədər
Düşmənə baş əymədi, durdu Xocalı .
Böyüklü-kiçikli  Şəhidlər verdi,
Şəhidlər şəhəri oldu Xocalı!

 

 

Pressaz.az