KÖNÜL SƏSSİZ: DARIXMA QARABAĞIM!….
Darıxma Qarabağım
Odlar yurdum! Vətənim mənim!
Neçə ildir yaralısan!
Ürəyinin bir parçası,
Qarabağın yad əldədir!
Cıdır düzün namərdlərin ayaq altda tapdanır!
Yağı düşmən torpağında gəzəndə…
Isa bulaq qan-qan deyib ağlayır.
Neçə ildir Laçın, Kəlbəcərin həsrətindədir!
Öz elini, obasını gözləyir.
Koroğlu tək igid oğullarını,
Həcər kimi qızlarını gözləyir!
Ana vətən gözü yollarda qalan
Xocalın, Ağdərən, Ağdamın, Şuşan
Sənə qovuşacaq günü gözləyir!
Oyan ey Vətənim! Oyan ey yurdum!
Mənim mətanətli, qudrətli ordum!
Ayaqa qalx!
Qarabağın Qara dağa dönməsin!
Nə durmusan dəli ozan, bir saz çal!
Qoy sazının səsindən
Düşmənlərin qulağı cingildəsin!
Darıxma Qarabağım!
Yenə Cıdır Düzündə igid-ər oğullarin
Torpağında at belində gəzəcək.
Cavan qız-gəlinlərin
Əllərində səhəngi yenə bulaq başında
Danışıb güləcəklər….
Qarabağım, səndən ötrü tökülən
Hər damla bir goz yaşı
Gün gələcək parıldayan bir ulduza donəcək!
O ulduzlar yenə sənin səmanı bəzəyəcək!
Darıxma Qarabağım!
O gün yenə gələcək!
Darıxma Qarabağım!
O gün yenə gələcək! …
Pressaz.az