“Nə arıq və çirkinəm…” – Xalq artisti

Xalq artisti Naibə Allahverdiyeva arxiv fotosunu paylaşıb.
Pressaz.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 38 minlik İnstaqramında yayımladığı şəklinə balacalıqda çox çirkin olduğunu yazıb:
“Nə arıq, çirkin olmuşam. Şəkli Yesentukidə çəkdirmişəm. Bibim məni ağlada-ağlada bu şirin heykəlinə oturtdu, elə bildim şir məni yeyəcək. Axı nağıllarda görmüşdüm heykəllər birdən canlanır. Yazıq fotoqraf məni güldürmək üçün necə hoqqalardan çıxdı və sonda bu şəkil alındı”.