RAMİLƏ ATƏŞ: QƏLƏM SƏNİN ƏLİNDƏ
Mürəkkəbi-qələmi ALLAH özü bir əmanət kimi bəxş etmişdir.
Mürəkkəbi,qələmi insanlara, alimlərə, şairlərə, Allahın özü bir əmanət kimi bəxş etmişdir. Qurani-Kərimdə qələm müqəddəslik rəmzi sayılır. Qələm bəşəriyyətin, elmin sirlərini açan, elm xəzinələrini yaradan, əsrin, qərinələrin təcrübələrini cəmiyyətə çatdıran, elm əhlini, alimləri, tarixi yazanları zaman-zaman qoruyub saxlayan, keçmişlə gələcəyin arasında qiymətli bir körpüdür desək yanılmarıq.
Qələm haqqında ən maraqlı fikirlərdən birini də Nizami Gəncəvi söyləyib. Şeyx Nizami qələmi dünyanın Şahı kimi səciyyələndirilib və bəyan edib ki, hər kim onunla işləsə dövlətə çatar. Qələm və qələm sahibləri haqqında Həzrət Peyğəmbərimizdən rəvayət olunur ki, “Üç səs göyün hesablarını deşib keçir ve Allah dərgahına çatır:
-Alimlər yazarkən qələmin kağız üzərindəki səsi.
-Cihad zamanı mücahidlərin qədəm səsləri.
-İsmətli qadınların sap əyirdikləri cəhrənin səsi.
Qələm sənin əlində
Qələm sənin əlində
Doğrunu yaz, haqqı yaz.
Baş qoşma yalanlara,
Haqqı düşün, haqqı yaz.
Haqqı yazan yorulmaz
Yalanlarla ovunmaz.
Qələm sənin əlində
Haqqı düşün, haqqı yaz.
Əllərin dərd görməsin
İblis qəlbə girməsin.
Qələmini bərk saxla
Namərd ələ düşməsin.
Tarixini düzgün yaz
Təbiətdən, eldən yaz.
Nə bacarsan qəlbdən yaz
Qələm sənin əlində.
Pressaz.az