Azərbaycanlı aparıcı xərçəngə yoluxub – Bədənindən 7 şiş tapılıb

Aparıcı-jurnalist Tahirə Məmmədqızı xərçəng xəstəliyinə tutulub.

Pressaz.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda İnstaqram səhifəsində yazıb. Tahirə bildirib ki, ağır əməliyyat keçirəcək:
“10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun, biz də içində. Ümid edirəm ki, əməliyyatdan sağ-salamat çıxıb, oğlumu tək qoymayacam. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacam”.T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş var.