Xalq artistinin 42 il öncəyə aid paylaşımı heyranlıq doğurdu – FOTO
Xalq artisti Firəngiz Mütəllimova 42 il əvvələ aid fotosunu paylaşıb.
Pressaz.az Oxu Az – a istinadən xəbər verir ki, aktrisa sosial şəbəkə hesabındakı fotosunun altından İncəsənət Universitetinin birinci kursunda oxuyarkən qeydini yazıb:
“1977 ci il. Dram və kino aktyorluğunun birinci kurs tələbəsi”.
İzləyicilər şərhlərində aktrisanın çox gözəl və məsum göründüyünü bildiriblər.
Qeyd edək ki, Firəngiz Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.
Aktrisa “Səni axtarıram” adlı teletamaşada oynadığı Gülnar obrazı ilə şöhrət tapıb.