Ramilə Atəş: Mənim Əskinaz nənəm…

Mənim Əskinaz nənəm

Kövrək qəlbli mələkdi,

Xoş arzu, xoş diləkdi.

Əsən sərin küləkdi,

Mənim Əskinaz nənəm

 

Qəddarlığa dözməzdi,

Bir kimsəni üzməzdi.

Pislik nədir bilməzdi,

Mənim Əskinaz nənəm

 

Ellərin anasıydı,

Suların sonasıydı.

Cənnətdə olasıydı,

Mənim Əskinaz nənəm

 

Nənələrin gözəli,

Sözü duzlu-məzəli.

Hamının sevimlisi,

Mənim Əskinaz nənəm

 

Dünyadan köç eylədi,

Bizə xoş gün dilədi.

Dedi: “dünya belədir”…

Mənim Əskinaz nənəm. 

 

Əskinaz ananın əziz xatirəsinə nəvəsi Fəridənin dilindən….

Allah rəhmət etsin! Məkanı cənnət olsun…

 

pressaz.az