YAQUT QARABAĞLI – TƏBRİK EDİR….
Əziz bacım, qəlb dostum, gözəl insan Aidə xanım!
Dostlar ulduzlar kimidir, onları hər vaxt görə bilməzsən. Amma sənin üçün hər zaman var olduqlarını ve səni düşündüklərini bilərsən. Bu gün məni görə bilməsən də bil ki, yanındayam..… Sənin kimi dosta sahib olduğum üçün özümü çox şanslı hiss edirəm. Həyatın bütün pisliklərinin səndən uzaq olmasını diləyirəm. Yaxşı ki, varsan və yaxşı ki, dostumsan! Həmişə birlikdə nə qədər illərə. … Ad günün mübarək olsun gözəl insan!
Təbrikə Pressaz.az saytının kollektivi də qoşulur.
Ad gününüz mubarək Aidə Xanım!
AD GÜNÜNDÜR GÖZƏL BACIM
Ad günündür, gözəl bacım
Təbrikinə gəlib dostlar.
Saf qəlbinlə mələk kimi,
Sən köçmüsən qəlbimizə.
Dərd -qəm səndən uzaq olsun
Xoş günlərin qoy bol olsun.
Dodağına gülüş qonsun
Ad günündür, gözəl bacım.
Aidə dedim, ay da batdı
Günəş çıxdı, ay isə batdı.
Bu şənliyə şəkər qatdın
Ad günündür, Aidə bacım.
Yaqut deyər , gözəl bacım
Qəlbi kövrək, qoçaq bacım.
Bağ-bağçanda gül -çiçək ək
Gül ətirli, çiçək bacım!
Ad günündür, gözəl bacım!
Pressaz.az – Ramilə Atəş