Bakıda faciə: Ana üç övladı ilə dəm qazından boğuldu

Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.

Pressaz.az xezerxeber.az-a istinadən     bildirir ki, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib. Ana və üç uşağı dəm qazından boğularaq ölüb.

Məlum olub ki, 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı – 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.