Gülmayə Feyruzqızı: GƏL ŞƏHİD QARDAŞIM YUXULARIMA…..
GƏL ŞƏHİD QARDAŞIM YUXULARIMA
Dərdli günlərimin əziz qonağı
Gəl əziz qardaşım, gəl şəhid qardaşım yuxularıma…
Sənsiz səni öz dünyamda axtarıram mən.
Səni yuxularda tapıram ancaq
Tez – tez qonaq gəl yuxularıma.
Gəl eziz qardaşım, yuxular goruş yeridi….
Gəl şəhid qardasım yuxularıma…
Darıxıram, yaman darıxıram mən
Sanıram harasa getmisen yenə
Gunlərin bir günü qayıdacaqsan.
Gəl əziz qardasım, gəl şəhid qardaşim yuxularıma……
Yoxlugun üzüb ömrümü mənim
Bəs edən göynərti qoyub getmisən
Köcdün….Bu dünyadan əbədi köçdün….
Tügyan edir qəlbim bu yoxluguna
Yoxluq havasına kökləndi qəlbim.
Gəl əziz qardaşım, gəl şəhid qardaşım yuxularima….
Gedişinlə hər şeyi aparmısan sən
Sən gedəndən həsrət qalmışam sənə.
Ömürlük göynərti bəxş etdin mənə
Sənin dərdin hər dərdlərdən betərdi.
Başdan başa göz yaşları, qəhərdi.
Gəl əziz qardasim, gəl şəhid qardaşım yuxularima…..
Bir ömürə bərabər qəm, nisgil qoydun
Şadliğımda qəm, hər günümdə qəm.
Həzinlik, sənsizlik qoyub getdin sən…
Nakam, dərdli günlərimin əziz qonağı.
Yuxularıma gəl əziz qardaşım…..
Öz dünyamda axtarıram mən səni
Tez-tez qonaq gəl yuxularıma
Gözləyirəm səni yuxularimda.
Sən yuxuma gələndə unuduram zaman sərhədlərini. …
Gəl, qonaq gəl eziz qardasim,
Gəl şəhid qardaşım yuxularıma…..
Pressaz.az