RAMİLƏ ATƏŞ: GƏNCLİK MƏHV OLUR

     GƏNCLİK  MƏHV  OLUR
Baxıram gəncliyə məhv olub gedir,
Allahın verdiyi gözəllik itir.
Nədən söyləyirəm, bilirsiz bunu?
O, zaman yaxın durun, dinləyin məni.

Allahın izni ilə doğulmuşuq biz,
Yaşayıb gedirik verilən payı.
Bizim millətin də bəxti gətirib,
Yoxdur gözəllikdə qızların tayı.

Qaş qara, göz qara, qulac saçları,
Püstə dodaqları, al yanaqları.
Ahəstə yerişli, şirin gülüşlü,
Nazı-qəmzəsi var bizim qızların.

Hanı söylədiyim bu gözəlliklər?
Göstərin nümunə siz də bir baxın!
Üz, sifət dəyişir, gözəllik itir,
Üzün nuru gedir, təravət itir.

Bir misal göstərək, baxaq hamımız,
Gənc qızdır, olar ki, iyirmi bir yaşı.
Nə dodaq özünün, nə də ki, qaşı?
Baxırsan elə bil var əlli yaşı.

Üzünə baxırsan cizgilər itib,
Sinə, baş, hər yeri selikonludur.
Nə gənclik qalıbdır, nə də təravət,
Allaha olarmı belə həqarət?!

Bilirsiz, yenə də nə düşünürəm?
Bölüm öz fikrimi sizinlə birgə.
Körpə doğulanda soruşur hamı,
Kimə bənzəyir bəs, görəsən kimə?
“Gözəl”anasına, ya bibisinə?

Hə, əziz, dostlarım, fəlakət budur,
Körpə bənzəməyir öz doğmasına,
“Ana”da fərqlidir,”bibi”də fərqli,
“Körpə nə söyləsin bəs”anasına?!

Pressaz.az