Xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Ceyran Nəriman vəfat etdi

Xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Ceyran Nəriman vəfat edib.

Xatırladaq ki, Ceyran Nəriman illər öncə döş xərçəngindən əziyyət çəkib və əməliyyat olunmuşdu. Bu yaxınlarda isə başında və onurğa sümüyündə aşkarlanan bədxassəli şiş metastaz verdiyindən xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ceyran Nəriman əmək fəaliyyətinə teatrda başlayıb. Daha sonra isə bir çox media qurumlarında, xüsusilə də uzun illər Space TV-də çalışıb. Son olaraq DTV-də yayımlanan “Birlikdə” verilişinin aparıcısı idi.

Allah rəhmət etsin!

Pressaz.az – Könül Sessiz