RAMİLƏ ATƏŞ : YAĞIŞ

                 YAĞIŞ 

Göylərdən ruhuma ələnən yağış
Ruhum təzələnir təzə il kimi.
Yağ apar özünlə qəmi -qüssəni
Qəlblərə nur gətir yağış, ay yağış.

Yağırsan nağıla bənzəyir şəhər
Damlalar bəzəyir pəncərəmizi.
Qaranlıq səhərim sənlə açılır
Nurlu sabahımsan yağış, ay yağış.

Yanan qəlblərə yağ, söndür o odu
Sülh olsun dünyada, amalım budur.
Yağ, uca dağlara, geniş düzlərə
Elimə, obama yağ, yağ, ay yağış.

Ruzi bərəkətsən, saflıq rəmzisən
Aydın səmalarda gəzən gəmisən.
Yağ uca göylərdən, günahlar itsin
Qəlblərə nur gətir, yağış ay yağİş.