MAYA QASIMOVA : ATA YOXLUĞU
Ata yoxluğu
Gələn qalmaz gedən gəlməz dünyadı
Bir dünya içində dünyadı ata.
Hər ömrün sevinc, kədər payı var
Ömür yoçlarının qədər payı var.
Pozuldu ahəngi boş qaldı evin
Yoxluğun atacan buzlu soyuq gətirdi
Yoxluğun yetimlik, dərdi, qəmi gətirdi.
Ata yoxluğunla mən üzülmüşəm
Ümidi itirmişəm puç olub xəyallarım.
Ömrümə payız gəlib xəzəltək saralmışam.
İllər qalıb arxada gümanım heydən düşüb
Ümüdlərin büsbütün can verub ölüb keçib….
Dünyanın dünya dolu ömürləri vàr olur
Tanrının bəxş etdiyi sevinc- kədər payı olur.
Çox olmuşdu atalı xoşbəxt anlarım mənim.
Üstələdi qəm,kədər o xoşbəxt günlərimi…
Ata inandıırma məni sən yoxluğuna
Çünki, varlığına ehtiyacım var.
Öndə durandı qardaş
Vətənim Aźərbaycan deyib
Öndə durandı qardaş.
Qədim yurdun od oğlu
Öndə durandı qardaş.
Namərd düşmən qarşısında sipərdi
Qənimi olmuşdu qəddar düşmənin.
Babək ürəklidi bütün əsrdə.
Yüksək amallarda öndə durandı qardaş.
Keçibdir zamanın sınaqlarından
Çiynində gedir zamanın özü.
Hər yerdə, hər yanda öz yeri vardı.
Ana Vətənimdə, ata yurdumda
Öndərin durandı qardaş.
Heç vaxt sönməyən ocağı elin.
Yenilməz Vətənin od oğlu vardı.
Damarında axan qanı coşaraq
Hər gələn bəlaya əyilməz qardaş.
Vətən üçün, xalq üçün
Öndə durandı qardaş.
Başın uca olsun zirvələr təki
Vüqarın sınmasın ömür yolunda.
Ayların, illərin güllü bahar tək
Xoş keçsin qardaş.
Ata-anasının bir şah əsəri
Əziz bacıların baş tacı qardaş.
Haqq yolunda canını sipər edəndir qardaş.